XƏBƏR LENTİ
16 May 2022
15 May 2022
14 May 2022
13 May 2022



Şuşa və Ağdama avtobus səfərlərinin qiymətləri…
MƏMLƏKƏT 11:24 / 18.01.2022

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanvarın 24-dən Bakıdan Şuşaya və Bərdəyə həyata keçirilməsi planlaşdırılan avtobus səfərləri üzrə biletlərin qiymətlərini açıqlayıb.

Yenis's/az xəbər verir ki, bu barədə nazir müavini Rəhman Hümmətov məlumat verib.

Onun sözlərinə görə, səfərlər Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətində səfərlər təşkil olunacaq:

"Artıq sınaq səfərləri olub və müvafiq ölçmələr olub. Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7, manat, Bərdə-AğdamBərdə üzrə biletin qiymətyi isə 7 manat olacaq”.



8694 oxunub

InvestAZ