XƏBƏR LENTİ
17 May 2022
16 May 2022



Bu gün Tağıyevin heykəlinin açılışıdır
MƏDƏNİYYƏT 09:33 / 18.01.2022

Bu gün Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı olacaq.

Yenisəs.az xəbər verir ki, səhər saatlarında "İçərişəhər” metrostansiyasının qarşısında Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsinin əməkdaşları gücləndirilimiş iş rejimində hazırlıq proseslərinə başlayıb.

Xatırladaq ki, 2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirmişdi. Həmin görüşdə Əməkdar artist Bəhram Bağırzadə tərəfindən Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirilmişdi. 

Təklifi nəzərə alan Prezident İlham Əliyev martın 11-də Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Daha sonra Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.(modern)


16389 oxunub

InvestAZ