XƏBƏR LENTİ
09 Avqust 2022
08 Avqust 2022



Məktəb direktorları və müavinlərinin maaşları ARTIRILDI
HÜQUQ 19:19 / 17.01.2022

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin direktorlarının və müavinlərinin maaşları artırılıb.

Bununla  bağlı  Baş nazir Əli Əsədov  qərar imzalayıb.

Qərara əsasən, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyənləşib.

Qərarla "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” də yeni redaksiyada təsdiq edilib.
Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.


4779 oxunub

InvestAZ