Mən gözümü yığmışam - Sevincdən və uğurdan... Mən özümü yıxmışam -
Ümiddən və ağrıdan...
Ürəyimi sözbəsöz,
Yandıraraq, közbəköz...
Özümə döz, deyib, döz -
Qorxmuram tay axırdan!
Gün ağrılı, zaman dar
Tar bağlayıb, həsrət , tar!
Ruhumda bir fərəh var -
Gözlərimə baxır Dan!
9502 oxunub