XƏBƏR LENTİ
18 Yanvar 2022
17 Yanvar 2022



Putin Qazaxıstan prezidentinin adını səhv saldı - VİDEO
DÜNYA 06:06 / 11.01.2022
Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin adını səhv salıb.
 
KTMT-nin növbədənkənar sessiyası zamanı Putin onu "Kemel Jomartoviç” adlandırıb.
 
"Hamı bilir ki, Qazaxıstan prezidenti Kemel Jomartoviç Tokayev yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinə müraciət edib”, - deyə Putin bəyan edib.
 
Tokayevin Putini səhvini şərh etməyib. Sessiya zamanı o, KTMT-nin sülhməramlı kontingentini respublikaya göndərdiyinə görə Putinə təşəkkür edib.
 
Bundan əvvəl, dekabrda keçirilən illik mətbuat konfransında Putin Tokayevi nəzərdə tutaraq onu sadəcə olaraq "yeni prezident” adlandırıb, lakin adını açıqlamayıb.(oxu.az)
 



3122 oxunub

InvestAZ