XƏBƏR LENTİ
18 Yanvar 2022
17 Yanvar 2022



Zəfər Muzeyinin tikintisi ilə əlaqədar çoxmərtəbəli bina söküləcək
MƏDƏNİYYƏT 09:20 / 09.01.2022

Bakının Xətai rayonunda Zəfər Muzeyinin tikintisi ilə əlaqədar 11 mərtəbəli bina söküləcək.

Yenisəs.az xəbər  verir ki,  Xətai Rayon İcra Hakimiyyətindən Teleqraf.com-a bildirilib ki, bina Cavanşir körpüsünün yaxınlığında, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşir.

Qeyd edilib ki, bina dövlət sifarişi əsasında söküləcək. Bina sakinləri ilə danışıqlar aparılıb və xəbərdarlıq edilib. Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib.

Hazırda binadan sakinlərin köçürülməsi prosesi həyata keçirilir. Köçürülmə bitdikdən sonra bina söküləcək.


5875 oxunub

InvestAZ