XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



Baş Prokurorluqdan hərbçimizin minaya düşməsi ilə bağlı - Açıqlama
HÜQUQ 09:11 / 03.01.2022

Yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu,əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

Ba Prokurorluqdan  verilən məlumata görə, müəyyən edilib ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində "partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.


6616 oxunub

InvestAZ