XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



Ölkəmizdə bu qurum ləğv edilir - Deputat
HÜQUQ 14:32 / 27.12.2021

Mənzil-kommunal istismar sahələri (MİS) ləğv edilməli, onların səlahiyyəti bələdiyyələrə verilməlidir. Yenisəs.az  xəbər verir ki, bu sözləri Milli Məclisin komitə sədri Tahir Rzayev Xəzər TV-yə açıqlamasında deyib.

"Son illər MİS-lər öz fəaliyyətlərini tam məhdudlaşdırıblar. Bu, onların özündən asılı deyil. Onlar üçün dövlət tərəfindən vəsait ayrılmalıdır, texnikalar olmalı, burada yaxşı mütəxəssislər işləməlidir. Əgər bu yoxdursa, deməli, MİS-lərin ləğvi reallığa çevrilir. MİS-lərdə ştatlar azaldılıb, fəaliyyət ən aşağı səviyyəyə enib. Bu xidmət yararsızdırsa, bu qurumun fəaliyyət göstərməsi lazım deyil. Tərəfdarıyam ki, MİS-lərin səlahiyyəti bələdiyyələrə verilsin”, - komitə sədri bildirib.

Qeyd edək ki, İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2022-2026-cı illərdə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil-kommunal istismar sahələrinin ləğvinin yer aldığını deyib.


9477 oxunub

InvestAZ