XƏBƏR LENTİ
09 Avqust 2022
08 Avqust 2022



DGK Ermənistan istehsalı olan malları məhv etdi
HÜQUQ 12:14 / 25.12.2021

Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

Yenisəs.az  xəbər verir ki, DGK-nın Əməliyyat-İstintaq baş idarəsinin Təhqiqat şöbəsinin rəisi Elnur Qurbanov Report-a açıqlamasında 4 600 qutu fişəngin və 119 385 ədəd pirotexniki vasitələrin, müxtəlif adda və vaxtı keçmiş dərman preparatlarının, 3 218,75 litr alkoqollu və kustar üsulla hazırlanmış içkilərin, 162 litr sərinləşdirici içkilərin, 361,14 kq ərzaq və qeyri-ərzaq məhsullarının, 107 kq yuyucu vasitələrin komissiya üzvlərinin iştirakı ilə məhv edildiyini bildirib.

"Qeyd edək ki, məhv edilən mallar Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhəddindən keçirilməyə cəhd göstərildiyi üçün müvvəqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.


13996 oxunub

InvestAZ