XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Aqil Abbas:“Saytların arxivi Bil Qeytsin əlindədir”
HÜQUQ 19:45 / 20.12.2021

"Sayt bizim əlimizdə deyil. Sayt arxiv deyil. Saytı istənilən vaxt bağlaya, istənilən materialı çıxarda bilərsən. Saytların arxivi Bil Qeytsin əlindədir".


Yenisəs.az APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Media haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Aqil Abbas deyib.


Deputat bildirib ki, qəzetlər isə arxivdir: "Qəzetin satışı üçün respublika ərazisində şərait yoxdur. Küçədə qəzet satışı qadağan olunub. Bu qəzet camaata necə satılsın? Qəzetin birini də mən buraxıram. Qəzetə abunə yazılan yoxdur, dövlət qadağan edib. Azərbaycanda heç kəs reklam vermir. Çünki Azərbaycanda bir sement zavodu var, bir qida təşkilatı var. Rəqabət yoxdur. Reklam toyxana ilə yasxana idi, indi o da yoxdur. Reklam vəsaitləri qəzetlər, saytlar arasında bölünməlidir. Reklam bazarı olmadığı müddətdə qəzetlər dayanır. Sağ olsun Azərbaycan hökuməti, qəzeti dəstəkləyir. Yoxsa qəzetlər bağlanar gedər".


6057 oxunub

InvestAZ