XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Helikopter qəzası ilə bağlı detallar açıqlandı - Video
HÜQUQ 13:33 / 20.12.2021

Baş Prokurorluqda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması ilə bağlı brifinq keçirilib.

Yenisəs.az  xəbər verir kii, cinayət işi üzrə aparılan istintaqda əldə edilən ilkin nəticələr açıqlanıb.

Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi, baş ədliyyə müşaviri Nemət Əvəzov, qurumun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, ədliyyə müşaviri Tural Aslanov və qurumun Mətbuat xidmətinin rəhbəri, kiçik ədliyyə müşaviri Günay Səlimzadə hadisə ilə bağlı sualları cavablandırıblar.

Daha ətraflı videoda:


6627 oxunub

InvestAZ