XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



FƏRİDƏ RƏHİMLİ yazır : - ZƏRURƏT
YAZARLAR 09:14 / 16.12.2021

Allah insanı tək yaratdı. Baxdıki, tək darıxır insan, ikinci bir insanı da yaratdı. Amma bir az fərqli, bir azbirincidən zərif, bir az ondan gözəl, incə, biz az ondan cazibədar, bir azondan zərif yaratdı. Birini o birinə möhtac yaratdı, biri o birindən ayrıqalmaz vəziyyətdə yaratdı və bir-birindən ayrı yaşaya bilmədilər o gündən.Darıxdılar,göz yaşı tökdülər ayrılıqları zamanı. Anlaşılmaz bir hiss aldı içlərini.Əvvəllər adını bilmədilər bu hissin. Sevgi, həsrət, hicran, vüsal kimi sözdənxəbərləri yoxdu hələ. Ölüm haqqında məlumatları yoxdu. Ölümdən betər olanayrılığı həyatın ən çəkilməz dərdi sayırdılar...

Hərşey rahat, mənalı, quşlar, heyvanlar, güllər, çiçəklər, çaylar, şəlalələr  onların ixtiyarında idi. Dünya qovulduqları Cənnətdən o qədər də  fərqlənmirdi...

Onların  cütlüyündən insanlar törədi, artdı. Artdıqca da dəyişdi, bir-birindən  fərqləndi, ikiləşdi - yaxşıya, pisə bölündü. Bir ata-ananın övladlarıbir-birinə düşmən kəsildi. Biri o birini öldürdü. Sevgi, gözəllik sözünün  yanında paxıllıq, həsəd, hərislik də peyda olmağa başladı. İnsan çoxaldıqca  problemi də çoxaldı, yaşamaq daha da çətinləşdi. Və bu çətinliyi bir-birinə yaşadan da insan özü oldu. Açıq ürəklilik, mehribanlıq, sadəlik şəraitində  rahat yaşamaq varkən bir-birinə zəhər etdi dünyanı insan. Hər dəfə dəbir-birini suçladı, bir-birini qınadı.

Çoxkeçdi o zamanlardan. İnsan dəyişmədi, daha da çirkinləşdi münasibətlər. Artıq  ailədən, qəbilədən, tayfadan daha geniş üfüqlərə üz tutdu insan. Daha çox  öyrəndi, daha çox təcrübə topladı və bu təcrübənin əksəriyyəti yanlış yöndə  oldu. Silahlar kəşf olundu vəhşi heyvanlardan qorunmaq üçün, amma o silah  yanlış insanların əlinə keçincə daha böyük fəlakətlər baş vermiş oldu. Əməyi,zəhməti yüngülləşdirmək üçün atom kəşf edildi, amma o kəşflə dünyanı alt-üst  etdilər, dağıntılar, ölümlər, heyvanın belə edə bilməyəcəyi vəhşiliklər  ixtiraçını peşman etdi. Qalan ömrünü özünü lənətləyərək yaşamağa vadar etdilər  onu. Dəqiq yəqin etdi ki, elm inkişaf etdikcə insanı vəhşiliyə doğru aparır.Daha çox maddiyata sahib olmaq, hakimiyyət hərisliyi insanı insanlıqdan  çıxardı. Bir-birinə həyatı zəhər etməyə başladılar. Amma əvvəlki halı  ylayaşayanlar da qaldı. Yəni insan həyatı yaşayanlar da. Dünyanı, həyatı,insanları sevərək yaşayanlar da tükənmədi. Yaxınlarıyla, ətrafla, bütün dünya  insanları ilə dostluq etmək istəyən, xeyirxah əməllərlə məşğul olan, sevgini  baş tacı edən, irqi, dini, milli ayrı-seçkiliyə yol vermədən, yalnız insan  olduğu üçün onları sevən insanlar hələ də var, olacaq. Hansı təbəqə azdır,hansı çox, söyləmək çətindi, amma bəzən yaxşılar daha az kimi görünür. Olsun,yetər ki, tükənməsin...

İnsanın daim bir-birinə ehtiyacı var. Bu ehtiya  maddiyat üzündəndirsə, ödəndikdən sonra unudula bilər, amma mənəvi ehtiyac ömürboyu tükənməz. Bu, insanın ömürü boyu sürən, davam edən bir istəkdir.

İllər, əsrlər keçsə də, bəzən insan doğulduğu gündən  ölümə doğru getdiyinin fərqində belə olmur. Sanki əbədi yaşayacaqmış kimi dördəllə yapışır bu dünyadan. Yaşadığı dünyanı cəhənnəmə çevirir, insanları əzaba  işgəncəyə düçar edir. Son zamanlar dünya çox qarışıb. İnsan ölümünü qarışqa  ölümü qədər əhəmiyyətsiz, mənasız sayanalar var.

İndiyə   qədər olanlar azmış kimi bir də vahiməli görünüşlü saqqallı, gödək şalvar   canilər, insan qəssabları artmağa başladı. Sanki bunların beynini silib, yerini  insana qarşı nifrətlə, ölüm hərisliyi ilə, təcavüz hissi ilə... doldurublar.Buna necə nail olurlar, bunun bir çox versiyaları var və maddiyat da ön sıradadayanır. Amma heç bir maddiyat bu qədər vəhşicəsinə insan qətlinə səbəb olabilməz. Bu işdə tam anlamadığımız daha məchul məsələlər var və bunun dinlə  əlaqəsi belə yoxdu. "Allahu Əkbər!" deyib insan başı kəsən vəhşinin   dinlə nə işi ola bilər ki?

İnsanlar,xüsusi ilə də türk dünyası çox parçalandı, dinimizi məzhəblər, təriqətlər,axirətini dünya həvəsinə dəyişən "dindarlar"ın rəhbərliyi bərbad günəsaldı, elmimizi elmdən bixəbər, haqqı olmadan başqasının yerində əyləşənlər,təhsilimizi millətin gələcəyini deyil, şəxsi maraqlarını düşünənlər,səhiyyəmizi doktorçuluq oynayanlar korladı. Təbii ki, bu yalnız bizdə deyil,bütün türk dünyasını əhatə edən bir bəladır və təbii ki, bu özbaşına baş   vermədi. Bütün bunların vahid bir idarəetmə mexanizmi tərəfindən müsəlman   dünyasına qarşı yönəldiyi artıq hər kəsə məlumdu.

Lapilk gündəki kimi, hələ yalnız ikisinin yarandığı zamandakı kimi, indi də insanbir-birinə möhtacdır.

Bu gün türk dünyasının, Turan elinin bir-birinə daha  çox ehtiyacı var.Zülmə,qətllərə, dinsizlərə qarşı mübarizədə birləşmək ən qaçılmaz, zəruri   ehtiyacımızdır. Parçalayaraq əzmək daha asan olduğundan, çoxdan işə düşmüş bu   mexanizm öz məqsədinə yaxınlaşmaqdadır. Artıq bu, insanın insana olanehtiyacından ötə - ölkələrin bir-birinə ehtiyacıdır və bu ehtiyac təmin   olunarsa, yəni türk dünyası birləşərsə, qarşısında durmaq müşkül məsələdir və  bunu o "barmaq" sahibləri çox gözəl bilirlər. Təəssüf ki, türkün  səbri geniş olur. Amma səbr kasası doldumu, düşməni qarşısında kölə edər.İnşallah bu təskinliklə o günü gözləyirik - türkün yuxudan ayılacağı günü...



702 oxunub
13191 oxunub

InvestAZ