XƏBƏR LENTİ
09 Avqust 2022
08 Avqust 2022



Bu qazilərə qarşı reydlər başladı - Video
HÜQUQ 09:46 / 10.12.2021

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrrul Xidməti Alayının Xüsusi Tağımının əməkdaşları avtomobili nömrəsiz idarə edən qazilərlə proflaktiki söhbət aparıb.

Yenisəs.az  Avtosfer.az-a istinadən xəbər verir ki, 50 CO 817 dövlət nömrə nişanlı, "NAZ Lifan" markalı avtomobilin sürücüsü Həmid Lazım oğlu Həşimov və 99 SH 767 dövlət nömrə nişanlı, "VAZ Priora" markalı avtomobilin sürücüsü Raif İsgəndər oğlu Məmmədov saxlanılıb.

Yol polis əməkdaşları qazilərlə proflaktiki söhbətlər aparıb, onlara qanunun tələblərinə tabe olmağın vacibliyi bildirilib. Qeyd olunub ki, Vətən müharibəsi qazilərinə daim diqqət və qayğı var. Lakin avtomobili nömrəsiz idarə etmək yolverilməzdir.

Söhbət zamanı qazilər də bu hərəkətin səhv olduğunu anladıqlarını ifadə ediblər. Daha sonra dövlət nömrə nişanları avtomobillərin üzərinə vurulub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, bu cür qayda pozuntularına yol verməsinlər.

  • Facebook

7090 oxunub

InvestAZ