XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Əbülfət MƏDƏTOĞLU : - UZAQ BİR XATİRƏNİN ŞEİR VARİANTI ("Bir qadına...." silsiləsindən)
Ədəbiyyat 09:20 / 10.12.2021

Ağrımın mürgülü vaxtında
Əl uzadıb zaman götürdüm...
Xoş günlərimizdəki kimi -
Səni evinizə ötürdüm...

Nələrdən danışdıq yol boyu,
Hamısı yazıldı yadıma...
Adımla həmahəng xiffətim -
Sənlə çevrilirik adaşa...

Bütün hisslərimi söz edib,
Bax, dilimi dinc saxlamıram...
Ömrümüzdən nələr gedib ? -
Tay onlar üçün ağlamıram...

...Ağrıdan izinsiz aldığım,
Anları da , səpdim yoluna...
Ağrılar oyanmaq üzrədi -
Qayıdıram, girib qoluna!..




6095 oxunub

InvestAZ