SALAM OLSUN
Çayır, çeşmə, meşə, dağ,
Arana
salam olsun!
Təbriz,
Dərbənd, Qarabağ,
Yarana
salam olsun!
Çağır
oğul-qızını,
Haydan
alsın xıncını.
Qolu
haqq qılıncını
Vurana
salam olsun!
Qoşulsun
yellərinə,
Bir
olan dillərinə.
Üzü
türk ellərinə
Durana
salam olsun!
Ayır
Eşqi sevgilə,
Haqq
sevgisi seçilər.
"Tovrat"a,
həm "İncil"ə,
"Quran"a
salam olsun!
Baxmasınlar
kəc ilə,
Mərdlik
olmaz mərc ilə..
Qaranlığı
vəcd ilə
Yarana
salam olsun!
İçindəki
nurunan,
Qəlbindəki
qorunan,
O
yaxından görünən,
TURANa
salam olsun!
YA HU DESƏM
Ya Hu desəm, qalxıb dursam,
Silkinib üstümü atsam.
Göy üzündən səda duysam,
Varıb Sevgilimə çatsam.
Ya Hu desəm, dolsa qəlbim,
Dünya dönsə birdən heçə.
Uyusa bir hovur qəmim,
İlim gün tək gəlib keçsə.
Ya Hu desəm, ucuz satsam
Bu ömrü gün günortası.
Bilirəm baha alacam
Hər gecə günün arxası..
Ya
Hu desəm, əmin olsam,
Hər
xəstəlik çarədəndir...
Sual
etsəm, cavab alsam: -
Dərdinin
çarəsi dərddir.
Ya
Hu desəm, gözüm silsəm,
Qalarmı
hər şey dadında?
Gedib
dönüb yenə gəlsəm,
Doxsan
doqquz -tək adında.
Ya
Hu desəm, guş etsə təb,
Lütfünlə
ilham tapanda.
Xəstən
olsam yatsam, Ya Rəbb,
Ömrüm
boyunca qapında.
Ya
Hu desəm, bitsə sızım
Ağ
düşsə qara yazıma.
Qoysan
gecə-gündüz üzüm,
Sürtsəm
ayağın tozuna.
Ya
Hu desəm...
SABAHIMIZA
SALAM
Ruhlarımız
qovuşur
atəş
və duman kimi,
Gecə
ilə qaranlıq,
Günlə
aydınlıq kimi.
Dənizlə
yosun kimi,
Səmayla
bulud kimi..
Ciyərlə
nəfəs kimi,
Keçib
getməz bu sevgi,
Ötəri
həvəs kimi..
Bu
həqiqi sevgidi...
Yoxdu
zərrə yalanı.
Yatıram
yuxum sevir,
Oyanıram
xəyalım..
Hərdən
aramızdakı
az
buludlu havanın
ardınca
günəş olur.
Dünya
bir an içində,
Od
olur, atəş olur.
Arada
küsən könül
bir
şəkildə ovunur,
bizi
içimizdəki
uşaq
ruhu qoruyur.
Mən
öz adıma burda
etiraf
eləyirəm.
Hər
an xəyalımdasan..-
Nə
gözümdən gedirsən,
nə
ağlımdan çıxırsan.
Bir
an bu düşüncədən
xəyaldan
usanmadım.
Neçə
yağışa düşdüm,
heç
belə islanmadım.
İki
qəlbdə bir sevgi
nə
gözəl, xoş, yarıdı..
Sənin
etirafın da
tam
bunun oxşarıdır.
"Nur
çiləndi qəlbimdən
gecəm,
həm gündüzümçün,
Əta
etdi rəbbimiz
bu
sevgini bizimçün!..
Yollar
yorub, qalxsam da
dərd
adlanan dağadək,
Yaşamadım
belə eşq
ömrümdə
bu çağadək!.."
Elə
sən də mənim tək..
Ən
xəfif küləkdə də
əsdin
bu eşqin üstə.
Qorudun
bu sevgini,
Doğuldu
neçə şeir,
neçə
şərqi və bəstə.
Keçdiyimiz
hər yerə
bir
xatirə buraxdıq,
Qayalara,
daşlara
Səs
kimi axıb qaldıq...
Şahiddir
qulmu sahil,
Suda
Ay, gecə, həyat...
Bir
də o sakit oğlan,
Bir
də o dəlisov at...
Şahiddir
o çiçəklər,
o
ağaclar, o bağlar.
sevgidən
puçurlayan
şirin
sözlü dodaqlar.
Müqəddəs
yollar və o -
müqəddəslərin
ruhu..
Yaşadığımız
hər şey
bir
sevgidə oxunur...
Hələ
gizli mətləblər,
Şifrəli
xoşsöhbətlər..
Bu
sevgi yalan deyil,
Həqiqidir,
vəssalam.
Hər
gecənin vidası
Sabahımıza
salam.
QAZİLƏRİ
SALAMLAYIRAM
Döşünə
qəlpəni qızılgül kimi,
Taxan
Qaziləri salamlayıram.
Düşmən
üzərinə çoşğun sel kimi,
Axan
Qaziləri salamlayıram.
Üz-üzə
dayanıb mənfur yağıyla,
Keçib
imtahandan can sınağıyla,
Girdiyi
meydandan tək ayağıyla
Çıxan
Qaziləri salamlayıram.
Gedib
babaların şanlı iziylə,
Savaşa
atılıb bıçaq-nizəylə..
Gözünü
itirib, könül gözüylə,
Baxan
Qaziləri salamlayıram.
Payız
gətirsə də ömürünün yazı,
"Cəngi"də
dil açdı qəlbinin sazı,
Qoymadı
zəfərə bizi tamarzı,
O
xan Qaziləri salamlayıram.
SALAM
YAZ
Səni
düşündüm lal kimi,
Sən
də düşün, salam yaz.
Ömür
keçir xəyal kimi
Yaz,
dərdini alam, yaz.
Yaz
ki, ündüm, yaz ki, səsdim,
Ya
bir əsim yeldim-əsdim.
Sən
gecikdin, mən tələsdim,
Necə
oldu, balam?.. yaz.
Susqunamsa
sən çılğın ol,
Uzağamsa
sən yaxın ol,
Gülüb
keçmə, bax, dalğın ol,
Qabağında
qulam, yaz.
Fərman
sənin, könül bir qul,
Mən
yaşlandım, sən təzə gül..
Oxşar
olaq- bir azca sol,
Həsrətindən
solam, yaz.
Ruh
böyük, bədən balaca,
Xəyalın
düşür arxamca..
Həyat
açmasız tapmaca,
Cavabında
öləm, yaz.
Dünya
təzədir, eşq əzəl,
Eşqdir
hər şeir, qəzəl...
Səni
düşündüm, ay gözəl,
Sən
də düşün, salam yaz.
BİLSƏM
Kİ SEVİRSƏN
Duram
gələm sənə sarı,
Yoram
yolunu, küçəni.
Bir
ah çəkəm, bir of edəm,
Qovam
gözündən gecəni.
Necə
sevəsən demirəm,
Elə
yanasan mən qədər.
Başqa
heç nə istəmirəm,
Olasan
sən də dərbədər.
Zalım
həsrətin var gücü,
Çəkib
səni də gətirə...
Canımı
alan üzücü
Baxışın
məni bitirə...
Baxıb
üzümə lal kimi
Ağlayasan,
gözün siləm.
Biləm
ki sevirsən məni
Qayıdıb
rahatca öləm.
Şahmar Əkbərzadənin xatirəsinə
Hərdən
bir şeirindən yola çıxıram,
Görürəm,
hər misran sərrast ovçudur.
Sözünün
damarın tutub sıxıram,
Sənin
hər şerində yol da yolçudur.
Bir
şerin hisslərin ülvi həddidir.
Bir
şeirin zamanın əlif qəddidir,
Sənin
niyyətinin sərhəddi uzun -
Bəşəri..
- dünyanın son sərhəddidir.
Nə
idi o böyük üsyanın səsi...
Hər
bənddə gözümü ağlamaq tutub.. -
Şuşanın
Topxana meşəsindəki
Armud
ağacına yazdığın məktub...
Məktub
deyirəm ey, kim yaza bilib,
Kim
daşıya bilib o ağırlığı?
Qanlı
yuxuları kim yoza bilib,
Kim
danışa bilib, o aydınlığı?..
..Razı
ol, vətənin oğul-qızından..
Ruhun
rahat olsun, yat, anma daha.
Aldıq
torpaqları it ağızından,
Misri
qılıncından utanma daha...
Dünyada
azadlıq, sevgi qalandır,
Həyat
xalısında bu ilmələr var.
Özün
deyirdin ki, ölüm yalandır,
"Dünyada
müqəddəs çevrilmələr var."
Bilmirəm,
bəlkə də indi bir ağac,
Ya
göyqurşağıtək doğursan haqdan.
Tapırsan
həsrətin dərdinə əlac,
Yolunu
salırsan can Qarabağdan.
İsa
bulağının göz yaşlarını,
Öpürsən
köz tutmuş dodaqlarınla.
Yəqin
Qızqalanın sərt daşlarını
Əridə
bilibsən qəlb dağlarınla.
...Bilirəm,
sən də o döyüşdə vardın,
Gəlirdin
ruh kimi, hər gecəyarı.
Yaralı
əsgəri alıb apardın,
Çiynində
Murovdan Ağdama sarı.
Axı
sən deyirdin, eşq də köç edir,
O
biri dünyada dağ, qaya yarır.
Oğullar
bu eşqin izilə gedir,
Mərdləri
ölümsüz o yol aparır...
Sən
də ölümsüzsən! Vətənə dair
Yazdığın
nə varsa hədəfləndirir.
Vətənin
adını, namını, şair,
Şərəfli
oğullar şərəfləndirir.
* * *
Bir ömür könlümün pərvanəsini,
O şamın başına döndərəm gərək.
Gözümün yaşıyla hər səhər-axşam,
Təşnə ürəyimi söndürəm gərək.
Sonadək beləcə susub, ah udam,
Qəlbimi atəşə, oda oxudam,
Nə ki duyğular var suya axıdam,
Nə ki hisslərim var, donduram gərək.
Tab edə bilmərəm tənə, qınağa,
Nələrdən keçərək gəldim bu çağa.
Bu bəxti götürüb atam ocağa,
Külünü başıma əndərəm gərək.
Dərdimi salmayam dilə-ağıza,
Sarılam üzümə gülən payıza,
Hönkürüb ağlayam bir ağ kağıza,
Allaha bir məktub göndərəm gərək.
***
Sözalır göydə Günəş yellər uyudur bu
yeri,
Dağılır odlu yayın səltənəti, bax,
solaraq.
Yox olur təbiətin yazdığı ilk yaz əsəri,
Pozulur gülbaharın rəngi, itib yox
olaraq.
Ruhu sarsır zəminin sapsarı çılpaq
düzəni,
Gücü çoxdan tükənibdir işaran boz günəşin.
Titrədir həm də külək laləni, sünbül-
süsəni,
Dalayır əllərimi sarmaşıqların güləşi...
Qarağaclar itirir sərvboylu qamətini,
Dağın dumanı tutur indidən tədarükünü.
Hava çiskinləyir.. Haqq göndərəcək
nemətini,
Günün ömrü qısalır, gecələr çəkir
yükünü.
Nə qədər solsa da rəngi, barı vardır
payızın,
Bərəkət yağdıracaq qış, təki yer, göy
yaşasın.
Doyum olmaz dadına bir ömür də güllü
yazın,
Tanrım, davamını göndər həyatın, qoy
yaşasın.
XEYİRLƏ ŞƏR SAVAŞIR
Hərb nədir, nədir bu hərb?
Nədir bu güclülərin
əzib keçmək həvəsi?
Zalımların əlində kəsiləcək idisə
zəiflərin nəfəsi..
hanı ədalət, hanı?
Hanı, ədalət, Tanrı?
Zalımların əlilə qan axır hər tərəfdən,
qan qoxur vətənimin yeri, suyu, havası..
Amerika, Rusiya, Fransa, İran, bir də...
saydıqca çoxalacaq əqrəb, ilan yuvası.
Neçə ordu qıcanıb bir ordumun üstünə,
neçə düşmən dayanıb bir oğlumun qəsdinə.
Çəkilib getməyincə o quldur dəstələri,
ya qana-qan deyəcək,
ya belə sızlayacaq şeirimin bəstələri.
Meşələrin, dağların sinələri dağlanıb...
Xəzərə bax, qan rəngi – üfüqü də bağlayıb.
Bir tərəfdə silahlı, qanlı savaşlar gedir,
Bir tərəfdə baronlar... var, amma gözə dəymir,
öndə günah keçisi qul-qaravaşlar gedir,
nə çoxdur ovçuların gündəlik əl tulası..
Bir tərəfdən can alır saxta virus bəlası...
Hərb nədir, nədir bu hərb?
Dilimizə dolandı savaş, şəhid və əsir,
Nə bəlalar gətirdi iyirmibirinci əsr...
Nə Yenidənqurmaydı... nə Sivilizasiya
Qan ağlayır türk eli, qan ağlayır Asiya...
Hanı inandığımız o haqq, hanı həqiqət,
Bizi bizə qırdırır ingilis, rus, fars adlı
lənətə gəlmiş illət.
Cürət olub vurhavur,
hünər olub söyhasöy,
Bu necə zamandır, oyy,
ölüm püskürür yer, göy.
Dünya...
görünüşündə necə gözəl görünür..-
Göyə, dənizə mavi,
qəlbə sevgi yaraşıq...
İnsana insan kimi həyat – yaşam yaraşır.
Bəs nə üçün hələ də