Mən qərib adam kimiyəm,
Boş qalan o dam kimiyəm...
Az qala atam kimiyəm -
Qaçıram torpağa tərəf...
Bilməzdim əvvəl "eh..." nədi,
Gözümün dibi lehmədi...
Məni bir çiçək behlədi -
Uçuram yarpağa tərəf...
Çox sözlər çıxıb adıma ,
İndi də düşür yadıma...
Cüməydi, ya da adına -
Dedin gəl, yar bağa tərəf!..
Günümü gündə gizləyib,
İman da, dində gizləyib...
Dünəni tində gizləyib -
Uçuram , görgaha tərəf!
4751 oxunub