XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



DİN: Bakıda qanunsuz aksiya keçirilməsinin qarşısı alınıb
HÜQUQ 21:43 / 01.12.2021

Bakıda bir qrup şəxsin qanunsuz aksiya keçirməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən   Yenisəs.az-a verilən məlumata görə, dekabrın 1-də saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.Cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb.
Qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar.

Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır.


11583 oxunub

InvestAZ