XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



Türkiyə üçün tarixi gün
SİYASƏT 10:09 / 24.11.2021

Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl-Nəhyan bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gələcək.

Yenisəs.az Teleqraf.com-a istinadla  xəbər verir ki, səfər Ərdoğan və əl-Nəhyanın 2012-ci ilin fevralından sonra ilk təkbətək görüşü olacaq.

Avqustun 31-də telefonla danışan Prezident Ərdoğan və şahzadə ikitərəfli münasibətlərdəki problemləri müzakirə etmək üçün üzbəüz görüşəcək.

Görüş zamanı iki ölkə arasındakı münasibətlərlə yanaşı, regional məsələlərin də müzakirə edilməsi gözlənilir.

Qətər böhranı, 15 iyul dövlət çevrilişi cəhdi və mafiya lideri Sedat Pekerin BƏƏ-yə gedişi ilə gərginləşən Türkiyə-BƏƏ münasibətləri Xarici işlər naziri Mövlud Çavuşoğlunun həmkarı ilə telefon danışığından sonra yumşalmağa başlayıb.

Xarici işlər nazirlərinin görüşündən sonra diplomatik gediş Prezident Ərdoğanın avqustun 18-də BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Təhnun bin Zayed əl-Nəhyanı qəbul etməsi ilə davam edib.



2052 oxunub

InvestAZ