Bir necə gün idi ki, xalqımız 30 ilə yaxın işğal altında olan torpaqlarımızı mənfur erməni işğalçılarındn azad olunmasının birinci ildönümünü ölkəmizin hər yerində olduğu kimi ölkənin ikinci böyük şəhəri, Azərbaycan Cümhuriyyətinin ilk Paytaxtı, Qədim şeir sənət ocağı Gəncə şəhərinin küçə və meydanları bayram sayağı bəzədilmişdir. Qədirbilən xalqımız Zəfərimizin birinci ildönümünü sevinc fərəh hissilə qeyd edirdi.Çünki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şanlı səhifəsi yazılmışdır. 2020–ci il sentyabr 27–də düşmənin cəbhə boyu təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq” adlandırılan əks hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüz bərpası ilə nəticələndi.
Vətən müharibəsinin qəhrəmanlıq nümunələrinə, böyük qələbəni təmin edən amillərə nəzər salaq.
Müharibənin ilk günü ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televizor ilə xalqa müraciət edərək ermənistan silahlı qüvvələrinin bir necə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqeylərimizi atəşə tutduğunu, nəticədə mülki əhali və hərbiçilərimiz arasında itkilərin, yaralanların olduğunu bəyan etdi , dövlətimizin başçısı müraciətində Azərbaycan Ordusunun düşmənin hərbi mövqelərinə zərbələr endirdiyini və xeyli sayda hərbi texnikasını və canlı qüvvəsini məhf edildiyini bəyan etdi. Çox keçmədiki dövlətimizin başçısının rəhbərliyilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Prezidentin göstərişlər əsasında Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatına başlanıldı:
"Ermənistan işğalçı dövlətdir. Bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. "Biz haq yolundayıq! Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır!” Dövlətimizin başçısının xalqa müraciətində dediyi bu sözlər hər bir Azərbaycanlını şanlı zəfərə kökləyən əsas şüara çevrildi.
Zəfərin birinci ildönümü münasibətilə Gəncənin digər İdarə və müəssisələri kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hərbiləşdirilmiş Mühafizə İdarəsinin Gəncə şəhərində yerləşən 2 saylı regional bölməsinin mühafizəçilər kollektivi də təntənəli yürüş keçirməyi qərarlaşdırdı. Onlar əllərində əklillər, çiçək və gül dəstələrilə təntənəli yürüş etdilər. İlk növbədə şəhərin mərkəzi meydanında ucadılmış ulu öndərimiz Heydər Əliyevin abidəsi önünə gəldilər, abidə önünə əklil və gül dəstələri qoydular.
Ötən otuz illik müharibə dövründə respublikanın iri sanaye şəhəri, qədim şeir sənət ocağı Gəncə də onlarla şəhid vermiş, erməni işğalçılarının raket atəşlərinə məruz qalmışdır. Bu gün Gəncənin küçələrinin bir çoxu igid Gəncəli şəhidlərinin adını daşıyır. Yürüş iştirakçıları Heydər Əliyevin abidəsi önündən birbaşa şəhidlər xiyabanına gəldilər.
Gəncənin ilk şəhidlərindən leytenant Rüzigar Qasımov, Abbasqulu Məmmədov, Bəxtiyar Əliyev və başqaları bu xiyabanda dəfn olunublar. Gəncədə minə yaxın şəhid məzarı Gəncəlilərin, xüsusilə gənclərin and yerinə çevrilmişdir.
Yürüş iştirakçıları şəhidlər xiyabanında ucaldılmış abidə önünə əklil qoyaraq, onların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Yürüş zamanı Hərbiləşdirilmiş Mühafizə İdarəsinin 2 saylı regional bölməsinin bölmə komandiri Rəşad Bayramovun təklif ilə 44 günlük savaş zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş "Vətən uğrunda” ölümündən sonra medal ilə təltif edilmiş şəhid Orucov Kinyaz Zirəddin oğlunun ailəsi ziyarət edilmişdi. Ailə ilə görüş zamanı Növbə koordinatoru Roman Məmmədovun təklifilə ailəyə maddi yardım göstərilmişdi. Həmin görüş zamanı qərara alınmışdıki mühafizəçilərin özlərinin təşkil etdiyi fond hesabına hər ay bu ailəyə maddi yardım göstərilsin.
Yürüş iştirakçıları qələbəmizin birinci ildönümü münasibətilə, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin və ordumuzun ünvanına qürur və sevinc hissi ilə dolu minətdarlıq şüarları səsləndirməklə tədbiri yekunlaşdırdılar. Beləliklə mühafizəçilərin təntənəli yürüşü yadda qalan hadisəyə çevrildi.
İmran Füzulioğlu
Mühafizə Bölməsinin əməkdaşı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü