XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



"Qədim türklər" - Vilayət Quliyev yazır
MƏDƏNİYYƏT 15:23 / 29.10.2021

Ermənilərin türk xalqlarına qarşı çevrilən ən gülünc iddialarından biri də onları köçəri həyat tərzi keçirməsi və mədəniyyətdən uzaq qalmalarıdır. Lev Qumilyov tarixi bestsellerə çevrilmiş "Qədim türklər" kitabında iddianın əsassızlığını göstərərək yazır: "

"Çin şairi orta səviyyəli köçərinin yaşadığı adi bir yurtu təsvir etmişdi. Xan yurtu isə hətta Vlaxeri sarayının dəbdəbəli salonlarını görmüş Menandr Protektoru – Bizans imperatorunun əsilzadəsini də heyrətləndirmişdi. O, içərisində qızıl taxt-tac olan çadırın təsvirini vermişdi – çadır elə yüngül imiş ki, onu bir at da apara bilərmiş. İkinci çadır içəridən başdan-başa ipək parçalarla örtülübmüş, üçüncü çadırda isə qızıl suyuna çəkilmiş sütunlar və üzərində xanın taxtını saxlayan qızıl tovuzquşu fiqurları varmış. Bütün bu zəngin zinət şeyləri müasir dövrə gəlib çata bilməzdi – ağac və xəz çürümüş, qızılla gümüş təzədən əridilmiş, silah isə paslanıb dəmir tozuna çevrilmişdi. Lakin yazılı mənbələr əsrlər arxasında türklərin qədim mədəniyyəti ilə bağlı məlumat hifz etmişdir. Bu mənbələr azsaylı arxitektura tapıntılarından daha qiymətlidir".

Yeri gəlmişkən Bizans tarixçisi və diplomatı Menandr Protektor türk yazısı haqda məlumat verən ilk avropalı müəllifdir.


19298 oxunub

InvestAZ