XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



SƏNƏ ETDİYİM DUA -Əbülfət MƏDƏTOĞLU ("Bir qadına..." silsiləsindən)
YAZARLAR 13:11 / 27.10.2021

Hər gün göyə açıq əlim -
Bu əl, Haqqın heç kimidi...
Hər duanı demir dilim,
Duam Allah seçimidi...
O içimdə vəh kimidi,
Ən şirin "bəh-bəh!" kimidi.
Həsrətə qəh-qəh kimidi -
Ürəyimin biçimidi!..
Qalxır göyə, sanki ruhdu
Mənlə yaşıd qoca Nuhdu!
Duam göy üzünü tutdu -
Yolu bir su içimidi!

5318 oxunub

InvestAZ