XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021
04 Dekabr 2021



Prezident İlham Əliyev: Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq
Gündəm 21:50 / 26.10.2021

Bu gün Zəngilan rayonunda birinci özəl yatırım layihəsinin də təməlini qoyduq. Bu yatırım layihəsi də Türkiyə-Azərbaycan birgə layihəsidir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də bizim çiyin-çiyinə bir yerdə irəlilədiyimizi bir daha göstərir. Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. "Bu tarixi biz birlikdə yazırıq, necə ki, bütün dövr, müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.


2511 oxunub

InvestAZ