XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021
04 Dekabr 2021



AĞRIDI TƏKLİYİN SAHİBİ - Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 22:28 / 24.10.2021

Ağrı girib qoluma,
Gecəni üyüdürük!
Bircə "qurban olum"-a -
Bir ümid böyüdürük...
Sözümüz gah çəpləşir.
Gah da ki, olur bal-yağ!
Ağrım yatmır - tərpəşir
Əyil, ovcuna al, bax...
Sükutumun şəriki.
Təkliyimin sim-simi!
Ağrı mənim hər iki -
Dünyamın tək tilsimi!
Unudulan varlıqda
Ağrı ürək şahini!
Tərk etmə qaranlıqda-
Bu əbədi kahini!

3699 oxunub

InvestAZ