XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Ərdoğan 10 ölkənin səfirinin “persona non qrata” elan edilməsi üçün göstəriş verib
DÜNYA 20:17 / 23.10.2021
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişinə cəhddə ittiham olunan hüquq müdafiəçisi Osman Kavalanın azad olunması ilə bağlı çağırış edən 10 ölkənin səfirlərinin "persona non qrata” - arzuolunmaz şəxs elan olunması üçün XİN-ə göstəriş verdiyini açıqlayıb.
 
"Yatıb-durub "Kavala” deyirlər. Kavala Sorosun Türkiyə şöbəsidir. Buna görə XİN-ə gəlirlər. Bu nə cür tərbiyəsizlikdir, bura Türkiyədir! Bura bir qəbilə dövləti deyil. Lazımı göstərişi XİN-ə verdim, nə etməli olduqlarını dedim. Bu 10 səfirin tezliklə "persona non qrata” elan edilməsini həll edəcəksiniz dedim”, - deyə o bildirib.
 
Qeyd edək ki, sözügedən səfirlər Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ-ı təmsil edirlər. Onlar daha əvvəl məsələ ilə bağlı Türkiyə XİN-ə çağırılmışdı.(oxu.az)

1497 oxunub

InvestAZ