XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021
04 Dekabr 2021



KİMSƏSİZ ÜRƏK - Əbülfət MƏDƏTOĞLU yazır
Ədəbiyyat 09:16 / 22.10.2021


Ağrıdan partlamaq həddinə çatıb
Sıxıb ovuşdurmaq işə yaramır...
Tanrı unutduğu bəndələrdənəm -
Kimsə xatırlamır, kimsə aramır...

Aldığım nəfəs də tikanlayıbdı
Dilimin ucunda qan ləkəsi var...
Həsrət barmaqların xınalayıbdı-
Görünür onun da sək-səkəsi var!

Birdi dayaq nöqtəm, O ümid Qibləm
Gözümün içindən O mənə baxır!
Onun baxışından - "döz, bir az da döz!"-
Mənim baxışımdan "Ölüncə!"- yağır...

3261 oxunub

InvestAZ