XƏBƏR LENTİ
24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021



MÜQAYİSƏ - Fəridə RƏHİMLİ yazır
YAZARLAR 09:29 / 12.10.2021

Hər iki nənə nəvəsini görməyə gəlib. Əldən-ələ, qucaqdan-qucağa keçərək əzizlənən körpə çox xoşbəxtdi. Axı uşaqlar məhəbbəti daha dərindən duyurlar. Hətta buna görə "İt əppəyə, uşaq məhəbbətə” deyə atalar məsəli də yaranıb. Səmimi, riyasız məhəbbət yalnız uşaq ürəyində olur.

Sənin, mənim söhbəti keçmir arada, qudalar olub-keçənlər, nəvənin, övladlarının güzəranı haqqında söhbət edərkən qonşu içəri girir. Əvvəlcə uşağı əzizləyir, sonra uşaqları körpəlikdən ikiüzlülüyə öyrədən ilk sualı verir: Hansı nənəni çox istəyirsən?

Düzdü, bu sualı adətən bəzi nənələr nəvəylə tək qalanda soruşurlar, uşaq da nənəsinin xoşuna gəlsin deyə, - səni! – deyə cavab verir. İkinci nənə də bu sualı versə, eyni cavabı verməyə məcbur olur və beləliklə ikiüzlülüyə alışmağa başlayır.

İntriqa yaratmaq həvəsiylə cavab gözləyən qonşunun sualına nəvə: Hər iki nənəmi çox sevirəm! – deyir. Cavab sanki xoşuna gəlmir qonşunun. Və "Oğlumun oğlu çaydan keçirər, qızımın oğlu...” deyə biədəb atalar məsəlini çəkir. - Daha çox atası tərəfə oxşayır, yəqin onları çox istəyəcək böyüyəndə.

Bu söhbətdən ana tərəfdə gizli bir qısqanclıq işartısı görünür...

Bütün bunları izlədikcə siyasi məsələlərin də bir ailəarası məsələlərə bənzədiyini gördüm. İki ölkə mehriban qonşuluq şəraitində yaşayır, mübadilələr, ticarətlər, turistik səyahətlər normal şəraitdə həyata keçirilir və kənardan buna dözməyən xəbis üçüncü qonşu aranı qarışdırmaq üçün min cür hiylələr fikirləşir. "Daha yaxşı və daha ucuz” məhsuluyla göz boyayır, düşmənlərdən müdafiə olunmasında yardım edəcəyinə əminlik yaradaraq müqavilələr, sazişlər imzalayır, silah satır, özünü güclü hiss etməsi üçün əlindən gələni əsirgəmir. Bu müddətdə eyni zamanda mehriban olduğu qonşu ilə aranı pozmaq üçün əlindən gələni əsirgəmir. Hər bir fərdin psixologiyasını öyrənərək ona uyğun şəkildə haqqını tələb etmək adıyla ən zəif nöqtələrindən istifadə edir və... artıq savaşa hazırdılar! "Üçüncülər” istəklərinə nail olaraq əksər müsəlman ölkələrini beləcə dağıtdılar.

Düzdü, siyasi məsələlər bu qədər də bəsit deyil və məqsədim bu məsələlərə qarışmaq deyil, demək istəyirəm ki, çox hadisələrin başlanğıcı evdəki, ailədəki tərbiyədən başlayır. Emosianallıqdan uzaq, səbirlə, sakit başla, ikiüzlülük etmədən, öz ağlıyla hərəkət edənlər uduzmurlar. Öz ağlı özünə kifayət edənlər - üçüncü ağıla ehtiyacı olmayanlar rahat, əmin-amanlıqda yaşaya bilərlər, təbii ki, əgər qarşındakı, ətrafındakı da sən ağıldaysa. Bizdə isə təəssüf ki, tarixən bu mümkün olmadı. Ayrı-ayrılıqda hər bir xan, şah, bəy babamıza maddiyyat təklif olundu və qonşusunun onun haqqında yanlış fikirlər söylədiyini dilə gətirdilər və emosianallıqdan beyni qızışıb, başı işləməyən (indiki dillə error verən) babalarımız da birləşmək əvəzinə mənəmlik həvəsinə düşdülər. Beləliklə də "tənha öküzü canavar yeyər” məsəli öz təsdiqini tapdı. Həm özlərini, həm xalqı bədbəxt elədilər. Və nə yazıq ki, illər, əsrlər keçsə də heç kim olanlardan dərs almadı. İndi Allahın yaltaq, miskin ermənisi öz evimizdə oturub bizə meydan oxuyur. Bizimsə boş-boş danışmaqdan ayrı bir şey gəlmir əlimizdən. Bilmək istərdim ki, Qarabağda keçirilən oyun ərəfəsində "Qarabağ bizimdi, NÖQTƏ!” deyən Paşinyanın sözü mənim kimi neçə milyonun içini yandırıb külə döndərməkdə  idii... Ürək, təzyiq dərmanı, əsəb sakitləşdirici, sərin su... kömək etməyən bu insanlardan neçəsi dözməyib infarkt oldu...

Şükürlər  olsunki, bu  dəfə  düşmənin  istəyi  gözündə, ürəyində  qaldı. Qarabağ deyib nöqtə söyləyənlərin alnına  o  nöqtə  damğa  kimi, güllə  kimi  vuruldu! Biz "QARABAĞ AZƏRBAYCANDI və NİDA"  xoşbəxtliyinə qovuşduq!



5436 oxunub

InvestAZ