XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



TƏƏSURAT-Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 07:26 / 08.10.2021


Bir yaşıllıq içindən
Keçirtdim ürəyimi...
Təbiətə bir anlıq -
Köçürtdüm ürəyimi...

.
Bir tərəfdə duman,çən
Sel bir yanda kükrəyir...
Mürgülü yarpaqlar da
Yel əsdikcə titrəyir..

Gözüm dağda, ormanda
Xəyallanmış kimiyəm...
Ürəyim isə onda -
Mən bir sevgi himniyəm!

Amma ömrün yaxas
Burda da qəm əlində...
Sındım, könlün ağası -
İstəyimə güləndə!

4543 oxunub

InvestAZ