XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



SƏSİNİ - Əbülfət MƏDƏTOĞLU yazır
Ədəbiyyat 10:03 / 06.10.2021
Yaddaşıma  köçürmüşəm  gizlicə
Apracam özüm ilə səsini...
Üşüməyə, tirəməyə qoymaram -
İsidəcəm gözüm ilə  səsini!..

Bir  çəkilməz ağrı, acı,  ah  məndə
Yerə, göyə  sığmayan günah  məndə...
Bəndən  kimi diz  çöküb Allah, mən də -
Qoruyacam dözüm ilə, səsini!


Bax   düşmüşəm bir  cığıra, bir  vərə
Aşılmazdı  sel  oynayan dağ, dərə...
Buludlara  söykənən  o  minbərə -
Çatdıracam sözüm  ilə  səsini!

...Ürəyini  səssizliyin  əzəndə
Sən darıxıb  səsin üçün  gəzəndə...
Əlçatmazdı  bu  səs üçün  məzənnə -  
Ovudaram  özün  ilə  səsini!

6322 oxunub

InvestAZ