XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



YANIRAM - Əbülfət MƏDƏTOĞLU yazdı
Ədəbiyyat 20:50 / 05.10.2021

Demə üzündəki susqunluq nədi? -
Məndən qaçırtdığın gözə yanıram...
Bəlkə sənin üçün bu bəhanədi? -
İçimdə kül olan sözə yanıram...
Məhəbbət olandan dinim , imanım
Nə ahım duyulur, nə də amanım!..
Ölən ümidimə gülən gumanım -
Boylanır üzümə - üzə yanıram...
Əbülfət, sən içdə ha sızla, oddan
Sənə gülümsəmir hələ də o Dan!
Kösövü közərən o soyuq oddan -
Könlümü qovuran közə yanıram!..

6672 oxunub

InvestAZ