XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



DARIXMAQ - Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 09:27 / 02.10.2021
(Dörd divar arasının 2-ci şeiri)

Bütün hallarda
bir darıxmaq olur
istənilən adamda -
İstər doğmasına.
istərsə yada...
Onda
göz axtarır,
can istəyir
ya da
Xatirələr körüklənib
salır yada...
Mənə görə
həmin anda
ya özünü sıxır,
ya özündən çıxır...
ya da
köçünü yığır
Adam da!..

4571 oxunub

InvestAZ