XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU : - İNDİ...
Ədəbiyyat 19:37 / 29.09.2021


Yenə toparlana bilmirəm, gülüm
Lap yağa bilməyən buludam indi...
Yumulsun gözlərim, qurusun dilim -
Bəlkə...onda Səni unudam indi...

Min sual tuşlanır- səssiz, üzümə
Sənə səsim çatmır, gücüm özümə..
Kaş bir an , gözünü tutub gözümə -
Gözümün səmasın duruldam indi...

Dünənim əl çatmaz, yozumsuz yuxu
Gördüm öz günümdə yaşıdım Nuhu...
Cismimi tərk etmiş, nəm çəkən ruhu -
Sərib kipriyimə qurudum, indi...


2476 oxunub

InvestAZ