XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021
04 Dekabr 2021



Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb - Hərəkət məhdudlaşdırılıb
MƏMLƏKƏT 09:04 / 29.09.2021

Bakı-Sumqayıt yolunda səhər saatlarından etibarən uzun tıxac yaranıb.

Yenises.az-ın məlumatına görə, tıxac Saray postu istiqamətindən başlayır. Avtomobillərin sıxlığından Saray postundan Bakı istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Dövlət Yol Polisi əməkdaşları Avtomobilləri Bakı istiqamətinə hissə-hissə buraxmaqla yollarda hərəkəti nizamlamağa çalışır.

Yolda yaranan tıxac 20 Yanvar metrostansiyasının yaxınlığına qədər davam edir.

Qeyd edək ki, bu gündən ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.


4054 oxunub

InvestAZ