XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



DİVARDAN KÖÇÜRDÜYÜM ŞEİR - Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 09:19 / 22.09.2021

Odumu kül edibsən,
Sinəmi sönmüş kürə...
Təəssüflə gedibsən -
Vaxtsız itgiyə görə...
Kirpiyində düyünlər
Baxışında nəm kədər...
Kirpiyində üyünər -
Keçər bir gün qəm, kədər...
Xatirə şəkillərin
Solan çöhrəsi kimi...
Quruyar əklilərin -
Vida pöhrəsi kimi...
Əllərin yaddaşı da
Silinər bir yad əldə...
Qalar bir baş daşında -
Bir də ki, bu ad - eldə...
...Unutduğun nə vaxtsa
Şirin yuxuna gələr...
Ümid adlı bir ruh da -
Səni özünə bələr...


3768 oxunub

InvestAZ