XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Əbülfət MƏDƏTOÖLU : -Ağla məni, içində... ("Bir qadına..." silsiləsindən)
Ədəbiyyat 09:04 / 21.09.2021


Dolub, yağmaq istəyir
Gücü çatmır özünə...
Asta-asta sisləyir
Bulud, dönüm gözünə -
Ağla məni, içində
Qəfəs divarlarının
Cırmaqlanıb bir üzü...
Oxşanıb əllərinlə
Nəfəs dəyən pir üzü -
Tağla məni içində...
Həsrətin rəsmini çək
Anların göstər lək, lək...
Tək Allah bilən sirr tək
Ay göydən gələn mələk-
Saxla məni, içində...
Əbülfət Əliyev


2125 oxunub

InvestAZ