XƏBƏR LENTİ
24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021



Tahir yazır : - Ramiz CİĞİRİ
Ədəbiyyat 15:07 / 20.09.2021
Respublikamızın Yardımlının fəxri olan görkəmli simalarından biri, gözəl və qayğıkeş insan, tanınmış həkim,dramaturq,neçə -neçə təltif və mükafatların sahibi əzizimiz Ramiz Əkbəri növbəti ,dahi Nizami Gəncəviyə həsr olunmuş son dərəcə dəyərli kitabının dərc olunması münasibətilə səmimi qəlbdən təbrik edir, ürək sözlərimi aşağıda ona ithaf etdiyim şeirlə
tamamlayıram.
Ramiz cıgırı
O həkim-dramaturq, yazıçı-şair
Sirli bir dünyada taxtın qurubdu,
"Nizami mülkünə"söz möhürünü
Qələmlə əlləri o zər vurubdu.
"Sirli Xəzinəni"dolaşıb, gəzib
"İnci dənizini"incələyibdi,
O böyük dühadan söz demək üçün
Qələm süzgəcindən söz ələyibdi.
Hər qələm əhlinin hünəri deyil
Boylana ən böyük o söz dagına,
O söz Allahının fəlsəfəsi nə?!
Hər kəsi buraxmır o dag, yaxına.
Təbib Nizamidən tibb dərsi alıb
Sagalmaz dərdlərə dərman təbibim,
Ondan əxz eləyib sözün gücüylə
Edə min bir dərdə dərman, təbibim.
Sucan ömrün olsun, söyləyir ona
Təkdamda Yardımlı şəlaləsi də,
Salınıb yeni bir Ramiz cıgırı
Böyük Nizaminin fəlsəfəsində.
Müəllif: Tahir Uluqaya.

1419 oxunub

InvestAZ