XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021
26 Oktyabr 2021



Makrona sarsıdıcı zərbə
DÜNYA 11:24 / 20.09.2021

Avstraliya Baş naziri Skott Morrison 2016-cı ildə Fransa ilə imzalanmış 90 milyard dollar dəyərində anlaşmanın ləğv edilməsinə Parisdən verilən sərt reaksiyaya münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Fransa ilə müqavilənin ləğv edilmə qərarını müdafiə edən Morrison Avstraliyanın strateji maraqlarını qorumalı olduğunu vurğulayıb.

"Avstraliyanın milli maraqlarını birinci yerə qoymaq qərarından peşman deyiləm. Heç vaxt da peşman olmayacağam”, - baş nazir qeyd edib.

O, Fransanın məyusluğunu başa düşdüyünü bildirib.

Fransa ilə birlikdə istehsal edilməsi nəzərdə tutulan sualtı gəmilərin Avstraliyanın suveren maraqlarının qorunmasına lazımi töhfə verə bilməyəcəyini başa düşdüklərini söyləyən Morrison anlaşmanın bu səbəbdən ləğv edildiyini deyib.

Baş nazir müqavilənin ləğvi barədə Fransa Prezidenti Emmanuel Makrona bir gün əvvəlcədən məlumat verildiyini bildirib.

Sentyabrın 16-da ABŞ, Böyük Britaniya və Avstraliya arasında AUKUS adlanan hərbi-strateji anlaşma imzalanıb. Müqavilədə yer verilməyən Fransa bunu "arxadan vurulan zərbə” adlandırıb.

Baş verənlərdən sonar Fransa Avstraliyadakı səfirini geri çağırıb.



1225 oxunub

InvestAZ