XƏBƏR LENTİ
25 Oktyabr 2021
24 Oktyabr 2021
23 Oktyabr 2021



Ukraynalı ekspert: “Müharibədə birmənalı olaraq Azərbaycanın yanındaydıq”
SİYASƏT 22:05 / 19.09.2021

Ukrayna Azərbaycanlıları Radasının ofisində Ukrayna Sosial İnkişaf Mərkəzinin rəhbəri İya Suxitaşvili və politoloq, Ukrayna Sosial İnkişaf Mərkəzinin siyasi və hüquqi proqramlar şöbəsinin rəhbəri İqor Reyteroviçlə görüş olub.

Yenisəs.az  Teleqraf.com-a   istinadla   xəbər verir ki, görüşdə Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi və bu zəfərin regionda yaratdığı yeni situasiya müzakirə olunub.

Qonaqları UAR-ın həmtəsisçiləri Oleq Krapivin və Hikmət Cavadovun adından salamlayan qurumun baş katibi Ceyhun Məmmədov müharibə zamanı Azərbaycana verdikləri dəstək üçün İya Suxitaşvili və İqor Reyteroviçə təşəkkür edib.

C. Məmmədov Ukrayna xalqına da qısa zamanda öz ərazi bütövlüyünü təmin etməyi arzuladığını bildirib.

Azərbaycanın şərəfli qələbəsinin ildönümünün yaxınlaşdığını bildirən İya Suxitaşvili bu mübarizənin və qələbənin Ukrayna ictimayyətinə doğru çatdırılması üçün tədbirlər planının hazırlanmasının vacibliyini vurğulayıb.

Regionda Azərbaycanın yaratdığı yeni situasiyaya toxunan İqor Reyteroviç müharibə dövründə birmənalı olaraq Azərbaycanın yanında, ədalətin yanında olduqlarını qeyd edib. Politoloq inandığını bildirib ki, Ukrayna bu situasiyadan doğru qiymətləndirib lazım olan addımları zamanında atacaq.

Görüşdə ekspertlərə Ukraynada olan Azərbaycan diasporu haqqında geniş məlumat verilib



1151 oxunub

InvestAZ