XƏBƏR LENTİ
20 Oktyabr 2021
19 Oktyabr 2021



Sonumuzdur: 30 faiz getmək istəyir, 60 faiz isə... - Vardanyan
HÜQUQ 21:59 / 19.09.2021

Ermənistan dərin krizis yaşayır, ancaq ölkə əhalisinin 70%-i bu reallıqla barışıb.

Yenisəs.az xəbər verir ki, bu sözləri erməni mesenat Ruben Vardanyan "2020 Ermənistanından 2041 Ermənistanına” forumunda deyib.

Onun sözlərinə görə, əgər hazırkı situasiyanı ciddi və dərin dəyişiklik üçün istifadə etməsələr, onda ermənilərin sonu çatacaq.

O xatırladıb ki, bunun üçün 15 bənddən ibarət proqram təqdim edib:

"O bəndlərdən biri odur ki, biz illüziyalarda yaşamaqdan imtina edib, reallığı danışmalıyıq. İkinci vacib məqam - daha çox insanı cəlb etməliyik”.

Onun sözlərinə görə, 20 il ərzində ölkə orta inkilaf keçib, inqilabdan sonra insanlarda böyük ümidlər yaranıb, müharibədən sonra isə dərin krizis yaşanır:

"Əhalinin 60%-i baş verənlərə laqeyddir, onlar situasiyanın ciddiliyini görmürlər, 30% əhali hər şeyi atıb ölkədən getmək istəyir, çünki bütün ümidlərini itiriblər. Ancaq dəyişiklik üçün şans var”.

ABŞ-ın "Moderna” şirkətinin nümayəndəsi Nübar Afeyan isə baş verənləri kollektiv satqınlıq adlandırıb. O, fikrini əhalinin gələcəyə inamının məhv olması, keçmişlə yaşaması ilə izah edib:

"Biz inanmırıq, bizim üçün heç bir fərqi yoxdur. Məsələ ondadır ki, biz hər zaman "qoyqırım”dan danışırıq, keçmiş haqda...”



815 oxunub

InvestAZ