XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021
26 Oktyabr 2021



Paris ABŞ-ı yalançı və İkiüzlü adlandırdı...
DÜNYA 11:52 / 19.09.2021

Vaşinqtonla Paris arasında sualtı gəmi müqavilələri ilə bağlı ilkin müzakirələrin aparılması barədə iddialar yalandır.

Yenisəs.az  Axar.az-a  istinadla  xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan İv Lö Drian deyib.

"Bu müqavilə ikiüzlülük, hörmətsizlik və yalanı göstərdi. Bir müttəfiqlə belə davranmazlar. Belə münasibətlərdə bir-birlərindən gizlətməzlər və hörmətsizlik etməzlər", - Drian qeyd edib.

O, tarixdə ilk dəfə olaraq ABŞ-dakı səfiri məsləhətləşmələr üçün geri çağırdıqlarını vurğulayıb:

"Vaşinqtonla münasibətlərdə ciddi bir böhranla üzləşirik. Bu, münasibətlərimizdəki böhranın dərinliyini göstərir. ABŞ-ın başlatdığı Hind-Sakit okean bölgəsində yeni bir strategiyanın formalaşdığını qəbul edirik. Bu, hərbi baxımdan kəskin qarşıdurma strategiyasıdır".

Qeyd edək ki, Avstraliya Fransa ilə 90 milyard dollar dəyərində olan sualtı qayıqlarla bağlı müqavilədən çıxıb və ABŞ və Britaniya AUKUS sazişi imzalayıb. Bu isə Fransanın kəskin etirazına səbəb olub və Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb.


1185 oxunub

InvestAZ