XƏBƏR LENTİ
24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021



Əbülfət MƏDƏTOĞLU: - AYIRMAQ İSTƏSƏN...
Ədəbiyyat 08:12 / 19.09.2021
Mənim sığındığım dördkünc bir otaq
Kədərdi sirdaşım, qəmdi həmdəmim...
Sanki doğulublar mənimlə ortaq -
Qədərdi sirdaşım, dəmdi həmdəmim...
Çıxıbdı əlimdən vaxtın yaxası
Qarışıq salmışam axşam ,səhəri...
Adıma yazılan baxtın yaxası -
Güldürür üstümə bütün şəhəri...
Halım gözdən uzaq, gözüm də gözdən
Təsəllim xəyaldı,bir də göz yaşı...
Ayırmaq istəsən sən məni sözdən -
Kipriklə od götür, gözlə köz daşı...

1776 oxunub

InvestAZ