XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021
26 Oktyabr 2021



Əfqanıstanda polis rəisi dedi : öldürün, mənlikdir...
DÜNYA 21:54 / 18.09.2021

"Heç kimin əfqanların evlərinə girməyə haqqı yoxdur, hətta "Taliban"ın da".

Yenisəs.az  Publika.az -a istinadla  xəbər verir ki, bunu Daikundi əyalətinin polis rəisi Sadikullah Abad "Aamaj News"a deyib.

O, quldurların "Taliban" obrazını istifadə etməməsi üçün görülən tədbirlər haqqında danışıb.

Abad əyalət sakinlərinə xəbərdarlıq edib ki, "Taliban" və onların adından hərəkət edənlər də daxil olmaqla heç kimin əfqanların evlərində axtarış aparmaq və mülklərini ələ keçirmək hüququ yoxdur:

"Əvvəlcə belə insanları tutmağa çalışın, mümkün deyilsə, öldürün. Bütün məsuliyyəti öz üzərimə götürürəm".

Polis rəisi qeyd edib ki, hazırda bütün "Taliban" üzvlərinin şəxsiyyət vəsiqələri və vəzifələri var. Yaradılan xüsusi komissiya evlərdə axtarış aparır.


1418 oxunub

InvestAZ