XƏBƏR LENTİ
19 Oktyabr 2021
18 Oktyabr 2021
17 Oktyabr 2021



Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
DÜNYA 18:17 / 18.09.2021

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib.

Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanında olduğunu açıqlayan Akar bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlərinin fasiləsiz olaraq davam etdiyini bildirib.

O qeyd edib ki, məqsəd dost və qardaş ölkələrdə sülhə, etibarlı və sabit həyata töhfə verməkdir.

Türkiyəli nazir azərbaycanlıların, liviyalıların haqq işində yanında olmağa davam edəcəklərini vurğulayıb.

 


1129 oxunub

InvestAZ