XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021



Əbülfət MƏDƏTOĞL yazır : - İÇİNDƏ ("Bir qadına..." silsiləsindən)
Ədəbiyyat 09:33 / 18.09.2021

Açıram izinsiz , bəlkə səhəri
Sən də qınayırsan məni içində...
Gəzib dolaşıram bütün şəhəri -
Tapa bilməsəm də səni içində!
Asılıb ümiddən düşsəm də heydən
Dizim yerdən öpür, əllərim göydən...
Taparsan sən dadıb o vüsal meydən -
Axtarsan, özünə təni içində...
O nəfəs dəymmiş bu gül kimidi
Əbülfət qəfəsdə bülbül kimidi.
Təzə vağanıyan sünbül kimidi -
Hələ ki, qalıbdı dəni içində...

2179 oxunub

InvestAZ