XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021
26 Oktyabr 2021



1770 yeni yoluxma faktı qeydə alınıb...
Sağlamlıq 20:25 / 17.09.2021

Ölkəmizdə son sutkada koronavirus infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3788 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 468 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 427 493 nəfər müalicə olunaraq sağalıb, 6 251 nəfər vəfat edib, aktiv xəstə sayı 35 199 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 781, ötən müddət ərzində isə ümumilikdə 4 715 715 test aparılıb.



1062 oxunub

InvestAZ