XƏBƏR LENTİ
24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021



Gədəbəy və Daşkəsən rayonlarına dolu yağıb
MƏMLƏKƏT 18:48 / 17.09.2021

Yenisəs.  az xəbər  verir ki,  bu  gün  Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıda şimşək çaxıb, yağış yağıb., Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən, küləyin maksimal sürəti Gəncədə 28 m/s, Naftalanda 26 m/s, Altıağacda 23 m/s, Bakıda və Abşeron yarımadasında - Bakıda 28 m/s, Qum adasında 25 m/s, Sumqayıtda 24 m/s, Pirallahı, Maştağada 23 m/s, Binədə 21 m/s, Neft Daşlarında 20 m/s, Çilov adasında 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Saat 14:41-14:43 radələrində Gədəbəy rayonu ərazisinə və Gədəbəy rayonu Duzyurd kəndinə, saat 15:30-15:32 radələrində isə Daşkəsən rayonuna diametri 6-8 mm olan dolu düşüb.


1739 oxunub

InvestAZ