XƏBƏR LENTİ
19 Oktyabr 2021
18 Oktyabr 2021
17 Oktyabr 2021



Ramiz Göyüşovu şantaj edən şəxslə bağlı qərar elan edildi
HÜQUQ 19:24 / 16.09.2021

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azadinfo.az saytının rəhbəri Mahir Xəttabın (Ələkbərov) apellyasiya şikayətinə baxılıb.

Bu barədə "Report”a onun vəkili Mehman Muradlı məlumat verib.

Bildirib ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Xəttabın apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Mahir Ələkbərov 8 sentyabr 2021-ci il tarixdə Azadinfo.az xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək görüşməyi təklif edib, Ramiz Göyüşov görüşə gəlmədikdə onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları videoçarx formasında Azadinfo.az xəbər portalında 8 sentyabr 2021-ci il tarixdə qəsdən yayıb, həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.

Qeyd edilənlərlə bağlı 9 sentyabr 2021-ci ildə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Mahir Ələkbərov şübhəli şəxs qismində tutulub.

10.09.2021-ci il tarixdə həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


1164 oxunub

InvestAZ