XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021



Ermənilər qatillərə abidə qoydu - İlham İsmayıl yazır
HÜQUQ 14:59 / 16.09.2021

Ermənistan rəhbərlərinin son zamanlar Türkiyə və Azərbaycanla əlaqələrini yaxşılaşdırmaq haqqında təkliflərinin nə qədər "səmimi” olduqları bu gün İrəvan şəhər meriyasında Ağsaqqallar Şurasının iclasında verilən qərardan bir daha məlum oldu.  Ağsaqqallar Şurasının iclasında bizim terrorçular kimi tanıdığımız, ermənilərin isə milli qəhrəmanları olanlara abidə qoyulması təklif olunub və təklif yekdilliklə qəbul olunub. Şəhər merinin müşaviri Kamo Areyan bildirib ki,  "erməni soyqırımı”nın təşkilatçılarından qisas alanlara abidəni şəhərin mərkəzində Şahmat evindən çox da uzaq olmayan yerdə qoyulması planlaşdırılır. 

 Qərarda deyilir ki, abidə 7 terrorçuya qoyulacaq. Bu qatillər Türkiyə və Azərbaycan dövlət xadimlərini qətlə yetirdiklərinə görə ermənilərin milli qəhrəmanları hesab olunur. Abidələri qoyulacaq 7 terrorçunun adlarını və onların hansı dövlət xadimlərimizi öldürdüklərini oxucuların diqqətinə çatdırırıq.

1. Aram Erkanyan – 1922-ci ildə Berlində Türkiyə dövlət xadimi Bahəddin Şakiri , 1920-ci il iyununda Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri olmuş Fətəli xan Xoyskini qətlə yetirib.

2. Soqomon Teyleryan - 1921-ci ildə Berlində Türkiyə dövlət xadimi Tələt paşanı qətlə yetirmiş, Berlin məhkəməsi ikiüzlülük edərək ona bəraət vermişdir. 

3. Misak Torlokyan-  1921-ci ildə İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri olmuş Behbud bəy Cavanşiri qətlə yetirib.

4. Arşavir Şirakyan- 1921-ci ildə Romada Osmanlı imperiyasının böyük vəziri Səid Halim paşanı və 1922-ci ildə Berlində Trabzon valisi olmuş Camal Əzmi bəyi qətlə yetirib.

5. Petros-ter Poqosyan – 1922-ci ildə Tiflisdə Türkiyə hərbi dəniz naziri Əhməd Camal paşanı qətl edib. Cinayəti Artaşes Gevorkyanla birlikdə həyata keçirib.

6. Artaşes Gevorkyan -  Əhməd Camal paşanı Petros ter Poqosyanla birlikdə öldürüb

7. Akop Melkumov- 1922-ci ildə Türküstanda Ənvər paşanın ordusuna qarşı vuruşub. 

 

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisində kürdlərin partiyası- HDP-ni təmsil edən erməni əsilli deputat Karo Paylan Türkiyə höküməti qarşısında məsələ qaldırıb ki, guya qondarma erməmi soyqırımında iştirak etmiş şəxslərin adlarını daşıyan yerlərdən onların adları götürülsün və ümumiyyətlə bu şəxslərin adlarının əbədiləşdirilməsi qadağan edilsin. Bax, erməni həyasızlığı sərhəd tanımır deyəndə, elə bir bu faktı xatırlatmaq kifayətdir.

 

İndiki halda Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması da bir blefdir. Qarı düşmən düşmənçiliyini davam etdirir. Vaxtilə Berlin və Britaniya məhkəmələri bu qatillərə bəraət verdikləri kimi, bu gün də Qarabağda görünməmiş vandalizm həyata keçirən erməni işğalçılarına ABŞ, Rusiya, Fransa status tələb edir. 27 ildə qoruduqları erməni terrorçuları kimi qeyri-səmimi oldular. Biz çox məkrli və terrorçu bir düşmənlə üz-üzəyik. Əziliblər, məhv olublar, amma yenə də iddialarında qalırlar. Oktyabrda Moskvada sülh müqaviləsi ətrafında danışıqların aparılaması gözlənilən müzakirələrdə olduqca ayıq-sayıq olmalıyıq. Terrorçuya abidə qoyan düşmən heç vaxt səmimi olmayacaq.

moderator.az

 


1003 oxunub

InvestAZ