XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021



“Mənə Şuşalı günlərin anlarını yaşadan heç nə yerində deyildi, amma...”
Gündəm 14:06 / 16.09.2021
"Bizim kəndin 500-800 metrliyindən Şuşa yoluna dönürsən. Elə ordan kəndimiz görünür. Mən yox, amma işiylə bağlı oğlum iki dəfə kəndimizdə olub. İnşallah, icazə verərlər, öz kəndimizi də gedib görərəm. Şuşaya getmək isə mənim ölməkdə olan arzumu diriltdi, o arzuya qovuşdum”.
 
Yenisəs.az  bildirirki, bunu Moderator.az-a açıqlamasında şair Əbülfət Mədətoğlu deyib. Ə.Mədətoğlu doğulduğu kəndi də bir gün görmək arzusunda olduğunu bildirib:
 
"Ömrümdən əgər bundan sonra neçə il olacaqsa, onun xeyli hissəsini itirdim. Çünki Şuşanı necə qoymuşdum, 1992-cü ilin may ayında necə ayrılmışdıqsa, o cür görmədim. Üstündə oturduğum daş da, dayımın həyətində əlimi uzadıb meyvə dərdiyim ağac da yerində yox idi. Yəni mənə Şuşalı günlərin anlarını yaşadan heç nə yerində deyildi. Amma Şuşa özü, havası, torpağı, suyu yerində idi, buna isə şükür elədim. Şükür elədim ki, yerində olanlar ən vacibləridir və biz bunun üzərində yeni Şuşanı quracağıq, əvvəlkindən də gözəl, gəlimli-gedimli olacaq. Buna sevindim. 
 
Şuşaya çox gedib-gəlmişik. Bizim kəndlə Şuşanın arası yaxındır. İki dayım orda yaşayırdı. Ona görə də bizim uşaqlığımızın böyük bir hissəsi orda keçib. Sonra da ki, ağlımız kəsəndən sonra ordakı dostların, qohumların evinə gedib-gəlmişik”.  
 
Qeyd edək ki, Əbülfət Mədətoğlu 1959-cu il yanvarın 1-də Xocavənd rayonunun Tuğ kəndində anadan olub. 
 

1453 oxunub

InvestAZ