XƏBƏR LENTİ
19 Oktyabr 2021
18 Oktyabr 2021
17 Oktyabr 2021



Şirkətdəki partlayışla bağlı cinayət işi başlandı
KRİMİNAL 19:52 / 15.09.2021

3 ay əvvəl Gəncədə şirkətdə baş verən partlayışla bağlı cinayət işi başlanıb.

Gəncə şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, 02.06.2021-ci il tarixdə Gəncə şəhər sakini Akif Eyvazovun işlədiyi yerdə xəsarət alması faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla müəyyən edilib ki, Akif Eyvazov qaynaqçı işlədiyi Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən "SemSan” şirkətinin əlvan metallar sexində qaz-oksigen kəsicisi ilə metal balonun sobada əridilməsi prosesi zamanı əmək mühafizəsi qaydalarının pozulması səbəbindən metal balonunun partlaması nəticəsində həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən "sağ bud nahiyəsinin aşağı 1/3 hissəsindən trvamatik amputasiyası” xəsarəti almışdır.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə təqsirli şəxs və ya şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.


1079 oxunub

InvestAZ