XƏBƏR LENTİ
25 Oktyabr 2021
24 Oktyabr 2021
23 Oktyabr 2021



Zakir Həsənov Türkiyəyə getdi
SİYASƏT 14:19 / 14.09.2021

Türkiyə Respublikasının Milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən "TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin "Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.



1176 oxunub

InvestAZ